Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biotibbi texnologiyalarda yenilik” mövzusunda biotibbi mühəndislik üzrə V Beynəlxalq Elmi-praktiki simpozium keçirilib.

Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biotibbi texnologiyalarda yenilik” mövzusunda biotibbi mühəndislik üzrə V Beynəlxalq Elmi-praktiki simpozium keçirilib. “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə “Biotibbi texnologiyalarda yenilik” mövzusunda onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Türkiyə, Qazaxıstan, Fransa, İsveçrə, Birləşmiş Ərəb Əmirliyi, Ukrayna, Almaniya, Rusiya, Estoniya və yerli universitetlərdən olmaqla ümumilikdə 10-dan çox ölkədən universitetlər, klinikalar və tibbi servis mərkəzlərinin nümayəndələri iştirak ediblər. Simpoziuma ümumilikdə 30 məqalə təqdim edilib. Hibrid formatda keçirilən simpoziumda Bakı Sağlamlıq Mərkəzinin həkimlərindən Şəhla İlyasova, Xəyalə İsmayılzadə, Elşən Həsənov, Elnarə Mahmudova müxtəlif mövzular ətrafında çıxışlar etmişdir. Sonda qonaqlar Beynəlxalq simpoziumun işini yüksək dəyərləndirib qoyulan mövzunun aktuallığını və elmi əhəmiyyətini qeyd ediblər.

Diqər xəbərlər